• Bakı 16° C

    1.48 m/s

Küveytdə İranın 3 casusu edam edildi

DÜNYA

27 Oktyabr 2026 | 13:22 | Müəllif: Subhan Mahmudov

Küveytdə İranın 3 casusu edam edildi

Küveytdə cinayət məhkəməsi baş nazirin müavininə qarşı sui-qəsd planlaşdırmaq, İranla əməkdaşlıq etmək və Hizbullah təşkilatına üzv olmaq ittihamları ilə üç nəfəri ölüm cəzasına məhkum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, ölüm hökmü çıxarılan şəxslər arasında dini xadim, “İslam Milli Alyansı”nın baş katibi Hüseyn Abdullah Matuq da var.

Təqsirləndirilən şəxslərdən biri 2016-cı ildə terror fəaliyyəti ilə əlaqədar məhkum edilib, lakin sonradan Küveyt əmiri tərəfindən əfv olunub. Bu ilin aprelində isə yenidən həbs edilib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR