• Bakı 16° C

    1.48 m/s

Amanuel Elias: Rəqəmsal məkanda irqçiliklə mübarizə aparılmalıdır

CƏMİYYƏT

27 Oktyabr 2026 | 13:04 | Müəllif: Qalib İbrahimoğlu

Amanuel Elias: Rəqəmsal məkanda irqçiliklə mübarizə aparılmalıdır

“İrqçiliklə mübarizə yalnız bu hallar baş verdikdən sonra reaksiya vermək deyil, onların qarşısını əvvəlcədən almaq üçün mexanizmlər qurmaqdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Deakin Universitetinin baş elmi tədqiqatçısı Amanuel Elias VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, irqçilik və ayrı-seçkilik təkcə gündəlik həyatda deyil, rəqəmsal məkanda da müxtəlif formalarda təzahür edir. Sosial şəbəkələr və digər onlayn platformalar bu halların qarşısının alınması üçün məqsədyönlü yanaşma tələb edir.

A. Elias bildirib ki, rəqəmsal mühitdə irqçiliklə mübarizə stereotiplərin, qərəzli yanaşmaların və ayrı-seçkiliyə səbəb olan fərziyyələrin aradan qaldırılmasını əhatə etməlidir. Bu prosesdə tənqidi düşüncə, mədəniyyətlərarası dialoq, insan hüquqları və sülh quruculuğu mühüm rol oynayır.

Tədqiqatçı vurğulayıb ki, insanların fərqli mədəniyyətləri və başqalarının təcrübələrini anlamaq bacarığı rəqəmsal məkanda daha inklüziv mühitin formalaşmasına kömək edə bilər. Eyni zamanda, hər kəs öz mövqeyini, yanaşmalarını və digər insanlara münasibətini tənqidi şəkildə dəyərləndirməlidir:

“İrqçilik və ayrı-seçkilik sosial ədalətsizliyin mürəkkəb formalarıdır və internetdə də həm fərdlərarası münasibətlərdə, həm də institusional səviyyədə özünü göstərə bilər”.

A. Eliasın fikrincə, irqçilik əleyhinə yanaşma təşkilatların və rəqəmsal platformaların fəaliyyətində əsas prinsiplərdən birinə çevrilməlidir. Bunun üçün ayrı-seçkilik baş verdikdən sonra tədbir görməklə kifayətlənməmək, onun qarşısını almağa yönəlmiş mexanizmləri əvvəlcədən formalaşdırmaq lazımdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR