• Bakı 15° C

    1.79 m/s

Mirzoyandan TRIPP-lə bağlı MÜHÜM AÇIQLAMA  

DÜNYA

27 Oktyabr 2026 | 13:59 | Müəllif: Günəş Mərd

Mirzoyandan TRIPP-lə bağlı MÜHÜM AÇIQLAMA

TRIPP layihəsinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan əvvəl həyata keçirilməsinə başlanıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

“Mən bu suala sakitcə cavab verə bilərəm: bəli, ola bilər”, – deyə nazir qeyd edib.

Mirzoyan xatırladıb ki, sülh müqaviləsinin mətni artıq paraflanıb və hər iki ölkə onun məzmununu rəsmi olaraq şübhə altına almadığını bəyan edib. 

Nazir vurğulayıb ki, sülh müqaviləsi hələ imzalanmasa da, Ermənistan və Azərbaycan arasında faktiki sülh bərqərar olub.

“TRIPP-in işə salınması üçün sülh lazımdır və bu, artıq mövcuddur”, – deyə Mirzoyan bildirib.

O, sülh müqaviləsinin imzalanmasından sonra birgə layihələrin həyata keçirilməsinə başlanılmasının məntiqli ardıcıllıq olacağını etiraf edib. 

Mirzoyan həmçinin TRIPP layihəsinin və digər birgə təşəbbüslərin həyata keçirilməsinin özünün də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verə biləcəyini istisna etməyib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR