• Bakı 13° C

    1.31 m/s

Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

İDMAN

28 Oktyabr 2026 | 17:02 | Müəllif: Əli Hüseynov

Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

İyulun 2-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək. İmtahan Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə baş tutacaq.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR