• Bakı 14° C

    1.79 m/s

Yamalın atası hava limanında qalmaqal yaratdı

İDMAN

28 Oktyabr 2026 | 12:31 | Müəllif: Əli Hüseynov

Yamalın atası hava limanında qalmaqal yaratdı

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Münir Nəsraui “Qızıl top”un təqdimetmə mərasiminə yollanarkən qalmaqala səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, o, Barselona Hava Limanının gözləmə zalındakı kafelərdən birində qalmaqal yaradıb. 

Hadisəyə Nəsrauinin gödəkçəsini qadağan olunmuş yerə asması səbəb olub. Bu zaman kafe işçilərindən biri ondan gödəkçəsini həmin yerdən götürməsini istəyib. Yamalın atası isə buna etiraz edib və kafe işçisi ilə mübahisəyə başlayıb. 

Nəticədə hadisəyə hava limanının təhlükəsizlik xidməti müdaxilə edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026