Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkianın görüşü olub.
Bakıvaxtı.az xəbər verir ki, prezidentlər enerji sektorunda əməkdaşlığın genişləndirilməsini, o cümlədən neft və qaz sektorunda əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.
"İki prezidentin danışıqları enerji əməkdaşlığı, neft və qaz sektorunda əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi mübadilələrin genişləndirilməsi və birgə layihələrin irəliləməsi üçün qarşılıqlı potensialdan istifadə mövzularına yönəlib", - deyə Kremlin açıqlamasında bildirilir.
Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə edib və siyasi, ticarət və iqtisadi əlaqələrin daha da gücləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
















