• Bakı 14° C

    1.94 m/s

Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu

CƏMİYYƏT

27 Oktyabr 2026 | 17:54 | Müəllif: Subhan Mahmudov

Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu

Paytaxtın Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında şirkətlərdən birinə məxsus, müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və içərisindəki pul vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, müraciətlərdə aparatların pul qəbuledici hissələrinin zədələnməsi nəticəsində şirkətə əlavə maddi ziyan vurulduğu da bildirilib.

Nəsimi rayonunda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində su satışı aparatlarını sındıraraq içərisindəki pul vəsaitlərini oğurlayan Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR