İspaniya Superkuboku gələcəkdə Azərbaycanda keçirilə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde danışıb.
O bildirib ki, 2027-ci ildə Səudiyyə Ərəbistanında Asiya Kuboku keçiriləcəyi üçün alternativ variantlar axtarırlar.
Federasiya rəsmisi hazırda bir çox ölkələrdən təklif aldıqlarını da sözlərinə əlavə edib: “Gözlədiyimizdən daha çox maraq və qəbul gördük, aldığımız təkliflər də bizi xeyli təəccübləndirdi. ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətər kimi ölkələrdən təkliflər almışıq.
Xüsusilə ABŞ-dan gələn maraq diqqətçəkən idi. Oradan dünya çempionatı ilə əlaqəli, çox ciddi təkliflər daxil olmuşdu”.
















