• Bakı 15° C

    1.83 m/s

Fatimədən nənəsi ilə bağlı acı xatirə: "Əlimdən vururdu"

ŞOU

27 Oktyabr 2026 | 22:29 | Müəllif: Əli Hüseynov

Fatimədən nənəsi ilə bağlı acı xatirə: "Əlimdən vururdu"

"Mən nənə sevgisi görməmişəm. Çünki ana nənəm rəhmətə getmişdi, onu heç görməmişdim. Amma atamın anası isə nədənsə nəvələrinin içində bizi istəmirdi. O, rəhmətə gedib, atamın yanında dəfn edilib. Onu məndən başqa heç bir nəvəsi yad etmir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Sevilən səhər” verilişində deyib. Sənətçi nənəsinin uşaqlıqda ona münasibətini hələ də unutmadığını bildirib:

“İndiyə qədər yadımdadır, balaca idim, evinə gedirdim. Qazanın qapağını açanda əlimdən vururdu ki, olmaz. Bizdə isə belə şey olmaz, qazanın qapağını ilk nəvə açar. Digər nəvələrini isə sevirdi. Nənəmin belə münasibəti anamla bağlı deyildi. Çünki anam çox yaxşı gəlin olub".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR