• Bakı 14° C

    1.83 m/s

Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür

SİYASƏT

27 Oktyabr 2026 | 19:30 | Müəllif: Əli Hüseynov

Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür

MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib.

Bakıvaxtı.az
 xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yazılı açıqlama verib.

Dövlət Bağçalı Azərbaycan və Türkiyə arasındakı qardaşlığın iki xalqın iradəsi ilə gücləndiyini, ortaq mübarizə nəticəsində möhkəmləndiyini və nəsillər boyu yaşadıldığını qeyd edib.

O, Türk dünyasındakı fikir ayrılıqlarının dərinləşməsinə və ixtilafların daimi parçalanmaya çevrilməsinə imkan verilməməli olduğunu vurğulayıb.

MHP sədri Türk dünyasının gücünün qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə, mədəni zənginlikdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasında olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR