• Bakı 16° C

    2.04 m/s

Bu cərimələr YENİLƏNİR

CƏMİYYƏT

27 Oktyabr 2026 | 16:22 | Müəllif: Subhan Mahmudov

Bu cərimələr YENİLƏNİR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə cərimələr yenilənir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik təklif edilir.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, telekommunikasiya operatoru və ya provayderi tərəfindən telekommunikasiya xidmətlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə - vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcəklər.

Qüvvədə olan qanunvericiliyə görə, yuxarıda göstərilən maddə rabitə xidməti qaydalarının pozulması adlanırdı. Mövcud redaksiyaya görə, rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlar, norma və qaydalara əməl edilməməsinə görə - 80 manatdan 150 manatadək məbləğdə cərimə tətbiq edilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR