• Bakı 15° C

    1.79 m/s

Azərbaycan onun BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

SİYASƏT

27 Oktyabr 2026 | 11:24 | Müəllif: Günəş Mərd

Azərbaycan onun BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır:

"Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən BMT-nin formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026