• Bakı 14° C

    1.79 m/s

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

SİYASƏT

28 Oktyabr 2026 | 10:48 | Müəllif: Zeynəb Rzayeva

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

    Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 12-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

    Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 13-də 08:00-da DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

    Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Oktyabr 2026