• Bakı 15° C

    2.38 m/s

Aşqabadda vacib iclas keçirilir

    SİYASƏT

    28 Oktyabr 2026 | 11:14 | Müəllif: Əli Hüseynov

    Aşqabadda vacib iclas keçirilir

    Aşqabaddakı Xəzər Dənizi İnstitutunda Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin iclası keçirilir. Azərbaycan, Türkmənistan, İran, Rusiya və Qazaxıstanın təmsil olunduğu görüşdə əsas diqqət Xəzəryanı dövlətlərin hökumətləri arasında Xəzərdə dəniz elmi tədqiqatları sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin müzakirəsinə yönəlib.

    Bakıvaxtı.az “Turkmenistaninfo” rəsmi veb-saytına istinadla xəbər verir ki, sənəd Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 12 avqust 2018-ci ildə Aktauda keçirilən Beşinci Xəzər Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə uyğun olaraq hazırlanır. Həmin vaxt Türkmənistan lideri Xəzər dənizində birgə elmi tədqiqatlar üçün sistemli əsas yaradacaq ayrıca beştərəfli saziş hazırlamağı təklif etmişdi.

    Bu layihə üzrə əvvəlki danışıqların raundları bütün sahilyanı ölkələrin ortaq yanaşmalar hazırlamaqda maraqlı olduğunu təsdiqləyib. Hazırkı görüşdə layihənin qalan müddəaları üzrə razılaşmanın əldə olunması gözlənilir.

    İki gün davam edən iclas oktyabrın 28-də başa çatacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Oktyabr 2026