• Bakı 15° C

    2.38 m/s

Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO

CƏMİYYƏT

28 Oktyabr 2026 | 09:24 | Müəllif: Əli Hüseynov

Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO

Artıq vərəm xəstələri evdən çölə çıxmırlar, onların bütün müayinələri öz evlərində aparılır, dərmanları da ünvanlarına çatdırılır.

Bakıvaxtı.az Xəzər Tv-yə istinadən xəbər verir ki, içərisində xüsusi avadanlıqlar, tibbi ləvazimatlar, müxtəlif dərman vasitələri olan nəqliyyat vasitələri səyyar xidmət göstərirlər. Ağciyər Xəstəlikləri Mərkəzinin əməkdaşları maşınlarla ünvanlara yollanırlar.

Bundan başqa, müəssisələrdə video-müşahidə xidməti də yaradılıb. Xəstələrlə hər gün tək-tək video əlaqə saxlanılır. Onlar dərmanlarını nəzarət altında qəbul edirlər.

Hazırda paytaxtda 3, Şəmkir, Gəncə, Yevlax, Qobustan, İsmayıllı, Şəki, Quba, Zaqatala, Lənkaran, Masallı, Salyan və Sabirabad rayonlarındakı mərkəzlərin hər birində isə 1 belə səyyar maşın var.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026