Qazaxıstanda diş müalicəsi zamanı vəziyyəti ağırlaşan 3 yaşlı uşaq komaya düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Qazaxıstanın Pavlodar şəhərində baş verib.
Üç yaşlı qız diş həkiminə müraciət edib, lakin müalicə zamanı vəziyyəti qəfil pisləşib.
Almaty.tv-nin məlumatına görə, uşağın anası təcili yardım çağırılmasını tələb etdiyini, lakin buna reaksiya verilmədiyini bildirib.
Vəziyyəti ağırlaşan uşaq komaya düşüb və iki dəfə ürəyi dayanıb. Yerli xəstəxananın həkimləri onun vəziyyətini ağır, lakin stabil qiymətləndiriblər.
Məlumata görə, uşağa reanimasiya tədbirləri görülür. Stomatoloji müəssisənin nümayəndələri bütün prosedurların respublika protokollarına uyğun aparıldığını bildiriblər.
Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.
Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır. Qazaxıstan Səhiyyə Nazirliyi isə müəssisədə plandankənar yoxlama aparacaq.
Murad İsmayıl
















