• Bakı 12° C

    0.67 m/s

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

SİYASƏT

27 Oktyabr 2026 | 23:20 | Müəllif: Əli Hüseynov

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunacaq.

Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.

Ramiz Mehdiyevə və ailə üzvlərinə aid edilən əmlakların siyahısını təqdim edirik:

1. Torpaq sahələri və üzüm bağları:

- Novxanıda üzüm bağları;

- Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı;

- Novxanıda 155 hektar torpaq sahəsi;

- Xınalıq kəndində 50 hektar torpaq sahəsi.

2. Ailə üzvlərinin adına olan torpaqlar:

- Həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot torpaq;

- Qızı Kamilə Əliyevanın adına 240 sot torpaq.

3. Şirkətlər və media fəaliyyəti:

- "Digital Media" MMC - 2008-ci ildə Bakıda qeydiyyatdan keçib və "Media FM" radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın şirkətdə payı var.

4. Daşınmaz əmlak və kommersiya obyektləri:

- İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil. Həmin ünvan "İnfonet" MMC və "Caspian Telekom" MMC-nin hüquqi ünvanıdır;

- Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər;

- "Topaz" və "Qala-R.L." mənzil-tikinti kooperativləri (MTK);

- NLT MMC və "Premium Store" MMC.

5. Digər şirkətlər və ticarət mərkəzləri:

- NLT;

- "Servis";

- "Grand Palace";

- "Astoriya";

- "Astoriya Tibb Mərkəzi" MMC - 2020-ci ildən "German Hospital" adı ilə fəaliyyət göstərir;

- "Qrandezza Ticarət Mərkəzi" MMC - 2014-cü ildə açılıb, sahəsi 5 min kvadratmetrdən çoxdur;

- "Sədərək" və "Binə" ticarət mərkəzlərində paylar.

6. Bank və investisiya şirkətləri:

- "BTB" ASC - nizamnamə kapitalı 50 milyon manatdır, səhmlərinin 75 faizi Ramiz Mehdiyevin nəvəsinə məxsusdur;

- "BTB Lizinq" ASC;

- "BTB Kapital İnvestisiya Şirkəti" ASC.

7. Nəşriyyat və yaşayış binaları:

- "Şərq-Qərb Nəşriyyat Evi" MMC;

- "Qlobal East West" MMC;

- Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqdakı digər 16 mərtəbəli bina.

8. Villalar və bağ evləri:

- Bakıda Tbilisi prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa - satış qiyməti 8 milyon dollar;

- Göyçay, Şamaxı və Göygöl rayonlarında bağ evləri.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026