• Bakı 16° C

    2.04 m/s

Tramp onlara 1 milyon dollar mükafat verəcək 

DÜNYA

27 Oktyabr 2026 | 14:44 | Müəllif: Günəş Mərd

Tramp onlara 1 milyon dollar mükafat verəcək

ABŞ Prezidenti Donald Tramp ara seçkilərdə mümkün qanun pozuntuları barədə məlumat verən şəxsə 1 milyon dollar mükafat vəd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.

Elan edilən şərtlərə əsasən, mükafat yalnız təqdim olunan məlumatların seçki saxtakarlığının məhkəmə tərəfindən təsdiqlənməsinə və təqsirli şəxslər barəsində hökm çıxarılmasına səbəb olduğu halda ödəniləcək. Bununla belə, pozuntular barədə məlumat verilməsi özlüyündə cinayətin sübutu hesab edilmir.

Bundan əvvəl ABŞ administrasiyası Alyaskada seçkilərin nəticələrinə etiraz etmək və hazırkı respublikaçı senator Den Sallivanın məğlub olacağı təqdirdə nəticələrin təsdiqlənməsini təxirə salmaq məqsədilə məhkəməyə müraciət edib.

Mübahisəyə seçki bülletenində adları oxşar olan iki namizədin yer alması səbəb olub. Müstəqil namizəd, təqaüdçü müəllim Daniel C. Sallivan da senator Den Sallivanla eyni seçkidə iştirak edir. Demokratların namizədi isə ABŞ Konqresinə seçilmiş ilk Alyaska yerli xalqının nümayəndəsi olan keçmiş konqresmen Meri Peltoladır.

Respublikaçılar rəqiblərini eyni adlı namizəd irəli sürməklə seçiciləri çaşdırmağa çalışmaqda ittiham ediblər. İddia ərizəsində bildirilib ki, müstəqil namizəd Daniel C. Sallivana verilən səslər əslində hazırkı senator Den Sallivana dəstək məqsədi daşısaydı, o, Alyaskada tətbiq olunan üstünlüklü səsvermə sistemi çərçivəsində qalib gələ bilərdi.   

ABŞ Ədliyyə Nazirliyi seçicilərin hansı namizədi dəstəkləmək niyyətində olduqlarını araşdırmaq üçün nəticələrin təsdiqlənməsinin təxirə salınmasını istəyib.

Tramp da Ədliyyə Nazirliyinə müstəqil namizədi “saxta” namizəd adlandıraraq ona qarşı məhkəmə iddiası qaldırmağı tapşırdığını bildirib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR