ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanovla görüş zamanı Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılmasını tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, Fransanın “Le Monde” qəzeti mənbələrə istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın 9-da Floridada keçirilən görüşdə Uitkoff Ukrayna münaqişəsi başa çatdıqdan sonra “regional çiçəklənmə planı” təklif edib. Plan Ukrayna ərazisindən keçməklə Rusiyanın enerji təchizatının Avropa ölkələrinə tam bərpasını nəzərdə tutub.
Amerikalı diplomatın fikrincə, bu təşəbbüs Kiyevə maliyyə gəlirləri əldə etməyə, Avropa ölkələrinə isə enerji xərclərini azaltmağa imkan verə bilərdi.
Lakin Budanov təklifə etiraz edərək Ukraynanın əsas istiqamətinin Belarus deyil, Polşa olduğunu bildirib. Bundan sonra o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlamaq üçün görüşü yarımçıq tərk edib.
Söhbət bərpa olunduqdan sonra Ukrayna tərəfinə ABŞ ilə Rusiya arasında dizel yanacağı müqaviləsini müzakirə edən sənəd təqdim olunub.
Mənbələrin iddiasına görə, Uitkoff Budanovu razılaşmanı qəbul etməyə və Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa çağırıb. Diplomatın Kiyevi bu hücumlarla dünyanı təhlükə altına qoymaqda ittiham etdiyi bildirilir.
Murad İsmayıl
















