Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanı bürüyən etirazlarla bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, o, Türkiyədə buna cəhd etmək istəyənlərə xəbərdarlıq edib:
"Əgər bəzi Avropa ölkələrində baş verən hadisələrdən cəsarətlənərək oxşar bir cəhd arzusunda olanlar varsa, onlara bildirin ki, Türkiyə küçələrdə tapılmayıb. O, küçələrə təslim olacaq bir ölkə də deyil".
















