• Bakı 14° C

    2.03 m/s

Zelenskidən Pentaqona İTTİHAM: "Sənədləri imzalamır"

DÜNYA

26 Oktyabr 2026 | 16:17 | Müəllif: Zeynəb Rzayeva

Zelenskidən Pentaqona İTTİHAM: "Sənədləri imzalamır"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin müharibə naziri (Pentagon rəhbəri) Pít Hegseti "Patriot" və "NASAMS" zenit-raket kompleksləri üçün raketlərin göndərilməsini gecikdirməkdə ittiham edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Zelenski Telegram kanalında bildirib ki, onlar artıq bir aydan çoxdur ki, ABŞ rəsmisinin müvafiq sənədlərə imza atmasını gözləyirlər və bu məsələnin amerikalı tərəfdaşlarla yenidən müzakirə olunacağını tapşırıb.

Xatırladaq ki, Pít Hegset ABŞ Prezidenti Donald Trump-ın yaxın silahdaşlarından biridir. Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik isə daha əvvəl Zelenskinin ABŞ-nin daxili siyasi proseslərinə və təbliğat kampaniyalarına fəal şəkildə müdaxilə etdiyini bildirib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR