• Bakı 15° C

    1.83 m/s

Nihat Məmmədli finalda erməni ilə qarşılaşacaq

İDMAN

26 Oktyabr 2026 | 16:06 | Müəllif: Əli Hüseynov

Nihat Məmmədli finalda erməni ilə qarşılaşacaq

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb

Bakıvaxtı.az-ın məlumatına görə, idmançı yarımfinalda Sergey Yemelinlə (Rusiya) dueldən qalib ayrılıb.

O, qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.

Bu gün Həsrət Cəfərov (67 kq) yarımfinalda Səid Esmaeili (İran) ilə görüşəcək.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR