Bu gün Türkiyə Super Liqasında IX turun mərkəzi qarşılaşması keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul derbisində “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib.
“RAMS Park” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb.
3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Görüş "sarı-qırmızılılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
















