• Bakı 14° C

    1.94 m/s

Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb

SİYASƏT

27 Oktyabr 2026 | 20:03 | Müəllif: Əli Hüseynov

Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı yeni Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, yeni Baş konsul vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.

    Eyni zamanda, ​Baş konsul Əli Sevim Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.

    Əli Sevim, həmçinin, səfir Birol Akgünlə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşüb.


    Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıbTürkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR