• Bakı 12° C

    1.97 m/s

Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov

DÜNYA

28 Oktyabr 2026 | 22:42 | Müəllif: Subhan Mahmudov

Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov

Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatları Əbu-Dabidə müzakirə olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.

Peskov təhlükəsizlik təminatlarının münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini və bunun hər iki tərəfin maraqlarına uyğun şəkildə görülməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 4-də Əbu-Dabidə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026