• Bakı 14° C

    2.18 m/s

Türkiyədə 29 oktyabr – Respublika Günüdür

SİYASƏT

29 Oktyabr 2026 | 00:00 | Müəllif: Əli Hüseynov

Türkiyədə 29 oktyabr – Respublika Günüdür

Bu gün Türkiyədə Respublika Günü qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, 29 oktyabr 1923-cü ildə Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Həmin gün Türkiyənin idarəetmə forması respublika olaraq müəyyənləşdirilib.

Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin ilk prezidenti seçilib.

Respublika Günü Türkiyənin ən mühüm milli bayramlarından biridir. Bu münasibətlə ölkənin müxtəlif şəhərlərində rəsmi mərasimlər, paradlar, konsertlər və digər bayram tədbirləri keçirilir.

Qeyd edək ki, 29 oktyabr Türkiyədə rəsmi qeyri-iş günüdür. Bayram tədbirləri ənənəvi olaraq oktyabrın 28-də günortadan sonra başlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026