• Bakı 13° C

    1.31 m/s

İspaniyada qatar qəzasına görə 24 oyun təxirə salındı

DÜNYA

28 Oktyabr 2026 | 17:16 | Müəllif: Günəş Mərd

İspaniyada qatar qəzasına görə 24 oyun təxirə salındı

Kral İspaniya Futbol Federasiyası (RFEF) Toledo yaxınlığında baş verən qatar qəzası səbəbindən Kral Kubokunun birinci turunun 24 oyununu təxirə salıb.

Bakıvaxtı.az xəbər verir ki, Federasiyanın rəsmi saytında yayılan bəyanatda bildirilib ki, qərar faciəvi qatar qəzasında həlak olanlara hörmət və həmrəylik əlaməti olaraq qəbul edilib.

RFEF yaxın günlərdə turnirin yenilənmiş planını və təxirə salınmış oyunların yeni tarixlərini açıqlayacaq.

Qeyd edək ki, çərşənbə günü səhər İspaniyanın Toledo əyalətində, Los Yebenes və Urda şəhərləri arasında iki sürətli qatarın iştirakı ilə qəza baş verib. Hadisənin Madrid–Sevilya dəmir yolu xəttinin 118-ci kilometrliyində qeydə alındığı bildirilir. Qəza nəticəsində 46 nəfərin öldüyü qeyd olunur.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR