• Bakı 14° C

    1.99 m/s

Mədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşdü - FOTOLAR

MƏDƏNİYYƏT

28 Oktyabr 2026 | 18:35 | Müəllif: Subhan Mahmudov

Mədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşdü - FOTOLAR

Oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Ruanda Respublikasının gənclər və incəsənət naziri Utumatvişima Jan Nepo Abdallah arasında görüş keçirilib. 

Bakıvaxtı.az  xəbər verir ki. qonağı salamlayan nazir VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüksək səviyyədə təmsil olunduğuna görə Ruanda tərəfinə təşəkkür edib. 

Heydər Əliyev Fondunun Ruandada mədəniyyət, təhsil və sosial infrastrukturun bərpasına dəstək göstərdiyini deyən Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın perspektivləri olduğunu bildirib.

Ruandalı nazir Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkür edib, beynəlxalq tədbirin aktual mövzuya həsr olunduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Mədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşdü - FOTOLARMədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşdü - FOTOLARMədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşdü - FOTOLARMədəniyyət naziri Bakıda ruandalı həmkarı ilə görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR