• Bakı 15° C

    2.5 m/s

Nihal Saad: "Müharibələr dialoqla həll olunmur"

MƏDƏNİYYƏT

26 Oktyabr 2026 | 12:29 | Müəllif: Günəş Mərd

Nihal Saad: "Müharibələr dialoqla həll olunmur"

"Müharibələr heç vaxt dialoqla həll edilməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad deyib.

O bildirib ki, münaqişələr və davam edən müharibələr dialoqla deyil, diplomatiya, sülh müqavilələri və beynəlxalq tərəflərin səyi ilə həll olunur.

Direktorun sözlərinə görə, əsas məsələ müharibə etmiş cəmiyyətlərin sonradan necə sülh içində birgə yaşayacağıdır.

N.Saad qeyd edib ki, dialoq adətən münaqişə bitəndən sonra və ya müharibənin qarşısını almaq üçün preventiv vasitə kimi ortaya çıxır. Onun sözlərinə görə, buna görə də dialoq özlüyündə məqsəd deyil, davamlı bir proses və həyat tərzidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026