Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin “Tələbə siyahısı” qalib gəlib.
Bakıvaxti.az xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Aleksandar Vuçiç Serbiya Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, yekun nəticələr hələ məlum deyil:
"Çoxları təəccüblənəcək və bəzi şəxslərin nə qədər yalan danışdığını anlayacaqsınız. İlkin hesablamalar göstərir ki, biz bu seçkilərdə məğlub olmuşuq”.
Vuçiç qeyd edib ki, ilkin hesablamalara əsasən, “Tələbə siyahısı” parlamentdə 135–140, rəhbərlik etdiyi siyasi blok isə təxminən 105 mandat qazana bilər.
















