• Bakı 13° C

    1.18 m/s

Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub

DÜNYA

26 Oktyabr 2026 | 00:20 | Müəllif: Əli Hüseynov

Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub

Nigeriyanın Taraba ştatında silahlı şəxslərin Binnari kəndinə hücumu nəticəsində azı 40 dinc sakin həlak olub.

Bakıvaxtı.az "Premium Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatlarının nümayəndələri bildiriblər.

Məlumata görə, yaraqlılar Taraba ərazisinə qonşu Plato ştatından daxil olublar.

Hücum edənlər əkinləri yandırıb, yaşayış evlərini və mağazaları dağıdıb, həmçinin yerli sakinləri öldürüblər.

Şahidlərin sözlərinə görə, həlak olanların sayı arta bilər, çünki kəndin bir çox sakini itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə işləri davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026