• Bakı 15° C

    2.5 m/s

Adil Kərimli Migel Anxel Moratinosla görüşüb

SİYASƏT

26 Oktyabr 2026 | 12:44 | Müəllif: Əli Hüseynov

Adil Kərimli Migel Anxel Moratinosla görüşüb

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli BMT-nin Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 26-da baş tutan görüşdə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad iştirak ediblər.

Görüşdə oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti müzakirə olunub. Adil Kərimli builki Forumun “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusuna həsr olunduğunu və tədbirin ilk Forumun keçirilməsinin 15-ci ildönümünə təsadüf etdiyini bildirib.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq dialoq məkanı kimi tanındığını vurğulayıb.

Migel Anxel Moratinos və Nihal Saad isə “Bakı Prosesi”nin əhəmiyyətinin ildən-ilə artdığını qeyd edərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Görüşdə, həmçinin beynəlxalq düzənin bərpasında mədəniyyət diplomatiyasının rolu və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Adil Kərimli Migel Anxel Moratinosla görüşübAdil Kərimli Migel Anxel Moratinosla görüşüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026