Slovakiyada növbəti parlament seçkiləri 25 sentyabr 2027-ci ildə keçiriləcək.
Bakıvaxtı.az Slovakiya Radiosuna istinadən xəbər verir ki, bu barədə parlament spikeri Riçard Rasi açıqlama verib.
O, bildirib ki, Slovakiyada əvvəlki parlament seçkiləri 2023-cü ilin sentyabr ayında keçirilib.
"2023-cü ildə keçirilən əvvəlki parlament seçkilərindən sonra "İstiqamət - Sosial Demokratiya" və "Səs - Sosial Demokratiya" partiyaları, o cümlədən Slovakiyanın baş naziri və "İstiqamət - Sosial Demokratiya" lideri Robert Fikonun rəhbərlik etdiyi hökumət quruldu", - deyə Rasi qeyd edib.
Gülşən Şərif
















