• Bakı 16° C

    1.48 m/s

Saçını düzləşdirən qadın xəstəxanalıq oldu

    DÜNYA

    27 Oktyabr 2026 | 11:49 | Müəllif: Günəş Mərd

    Saçını düzləşdirən qadın xəstəxanalıq oldu

    İsraildə saç düzləşdirici vasitədən istifadə edən qadın xəstəxanaya yerləşdirilib.

    Bakıvaxtı.az İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi həmin məhsulla bağlı xəbərdarlıq edib. Bildirilib ki, araşdırma nəticəsində məhsulun müvafiq icazə olmadan satışa çıxarıldığı və İsraildə istifadəsi qadağan edilən qlioksilik turşusu ehtiva etdiyi müəyyənləşdirilib.

    Səhiyyə Nazirliyi məhsuldan istifadəni dayandırmağa, onu almamağa və satmamağa çağırıb. Məhsuldan götürülən nümunələr laboratoriya müayinəsinə göndərilib.

    Nazirlik qadağan olunmuş maddələr ehtiva edən saç düzləşdirici vasitələrin sağlamlıq üçün təhlükə yarada biləcəyini bildirib.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Oktyabr 2026