• Bakı 15° C

    1.79 m/s

Rayonlar ləğv ediləcək, 20-dən çox yeni ərazi yaradılacaq

DÜNYA

27 Oktyabr 2026 | 11:53 | Müəllif: Günəş Mərd

Rayonlar ləğv ediləcək, 20-dən çox yeni ərazi yaradılacaq

Qırğızıstanda inzibati-ərazi bölgüsünün dəyişdirilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Qulluğu və Yerli Özünüidarəetmə üzrə Dövlət Agentliyinin direktoru Elçibek Jantayev “Kabar” agentliyinə müsahibəsində ölkədə rayonların ləğv edilərək 20-dən çox yeni ərazi vahidinin yaradılacağını bildirib.

Onun sözlərinə görə, yeni ərazi vahidləri sahəsinə görə rayonlardan böyük, regionlardan isə kiçik olacaq.

“İndi 40 rayon yox, 20-dən çox ərazi olacaq”, – deyə Jantayev bildirib.

O, İssık-Kul bölgəsini nümunə göstərərək qeyd edib ki, ərazi hazırda şimal və cənub hissələrinə bölünür. Cəlal-Abad və Oş bölgələrindəki kiçik rayonların da birləşdirilərək daha böyük inzibati vahidlərə çevrilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarovun rusdilli kənd adlarının dəyişdirilməsi ilə bağlı planları barədə məlumat yayılmışdı. Lakin prezidentin mətbuat katibi Askat Alagözov bu xəbəri təkzib edib. Onun açıqlamasına görə, hakimiyyət kəndlərə insanların adlarının verilməsinin qadağan olunması məsələsini müzakirə edir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026