Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələri də Ermənistan silahlı qüvvələrinin hücumlarının hədəfinə çevrilib.
Bakıvaxtı.az xatırladır ki, 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi, oktyabrın 28-də isə Bərdə şəhəri raket hücumlarına məruz qalıb.
Oktyabrın 28-də şəhərə endirilən zərbələr nəticəsində 21 nəfər həlak olub, 70 nəfər yaralanıb. Hücum zamanı mülki infrastruktura, yaşayış evlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Rəsmi məlumatlara görə, şəhərə endirilən zərbələr zamanı “Smerç” yaylım atəşli reaktiv sistemindən istifadə edilib. Raketlərdə kasset tipli sursatların olması mülki əhali üçün təhlükəni daha da artırıb.
Bərdə hücumları Vətən müharibəsi dövründə Azərbaycanın mülki əhalisinin üzləşdiyi ağır hadisələrdən biri kimi yadda qalıb.
Qeyd edək ki, hücumlarla bağlı faktlar Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən sənədləşdirilib və araşdırılıb.
















