Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı bu gün Prezident Sarayında görüşəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran məlumat verib.
Görüşün Bakı vaxtı ilə saat 15:00-da başlayacağı bildirilir.
İki liderin müzakirə edəcəyi mövzularla bağlı hələlik heç bir məlumat verilməyib.
















