• Bakı 16° C

    1.48 m/s

Hüquqi məlumatlara çıxış üçün yeni platforma yaradılıb

CƏMİYYƏT

27 Oktyabr 2026 | 13:10 | Müəllif: Günəş Mərd

Hüquqi məlumatlara çıxış üçün yeni platforma yaradılıb

“İnsanların hüquqlarına çıxışı əsas insan hüquqlarından biridir. Buna görə də hüquqi məlumatların əldə olunmasını asanlaşdırmalıyıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Süni İntellekt Mərkəzinin nümayəndəsi Ülfan Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hüquqi məlumatları axtararkən vətəndaşlar bir sıra çətinliklərlə üzləşirlər. Belə ki, lazımi məlumatı tapmaq üçün dəqiq açar sözlərdən istifadə etmək, çoxsaylı məqalələr arasında düzgün mənbəni seçmək və sualın cavabını mətnin içərisində müəyyənləşdirmək lazım gəlir.

Ü. Əliyevin sözlərinə görə, bu çətinlikləri aradan qaldırmaq məqsədilə "Agonea AI" platforması hazırlanıb. İctimaiyyətin istifadəsinə açıq olan platforma istifadəçilərə suallarını gündəlik dildə yazmaq və hüquqi məlumatları daha asan əldə etmək imkanı verir.

O qeyd edib ki, platforma suallara cavab təqdim etməklə yanaşı, istinadları da göstərir. Bu, istifadəçilərə cavabın hansı mənbələrə əsaslandığını yoxlamağa şərait yaradır.

Nümayəndə vurğulayıb ki, ümumi təyinatlı dil modelləri geniş məlumat bazalarından istifadə etdiyindən hüquqi məsələlərdə yanlış cavablar vermək riski mövcuddur. "Agonea AI" isə məhdud və məqsədyönlü məlumat bazası əsasında işlədiyi üçün bu riski azaltmağa çalışır.

Ü. Əliyevin fikrincə, platformanın əsas məqsədi hüquqi terminləri və xüsusi bilikləri bilməyən şəxslərin də öz hüquqları ilə bağlı məlumatları daha rahat əldə etməsinə kömək etməkdir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR