• Bakı 16° C

    1.48 m/s

Salyanda bir ailənin üç üzvü bıçaqlandı, ölən var - YENİLƏNİB

HADİSƏ

27 Oktyabr 2026 | 14:48 | Müəllif: Subhan Mahmudov

Salyanda bir ailənin üç üzvü bıçaqlandı, ölən var - YENİLƏNİB

Oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

    Məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur:

    "1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir".

    ***

    14:01

    Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

    Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

    Belə ki, ailənin oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlamaqda şübhəli bilinir.

    Nəticədə ana - 1971-ci il təvəllüdlü İsmayılova Çiçək Musa qızı aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

    Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

    Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

    Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır. /report


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR