• Bakı 16° C

    2.04 m/s

Yengicə su anbarının tikintisi davam edir

CƏMİYYƏT

27 Oktyabr 2026 | 14:42 | Müəllif: Gülşən Şərif

Yengicə su anbarının tikintisi davam edir

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq Yengicə su anbarının tikintisi nəzərdə tutulub.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.

Onun sözlərinə görə, Yengicə su anbarı Qəbələ rayonu ərazisində, Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçay çaylarının birləşdiyi hissədə layihələndirilib:

“Layihə çərçivəsində rayon üzrə ümumilikdə 10 000 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu ərazilərə Yenikənd, Zalam, Kiçik Əmili və Böyük Əmili kəndlərinin 8 602 hektar, Bilix və Məlikli kəndlərinin isə 1 398 hektar əkin sahəsi daxildir. Ümumilikdə 10 000 hektar torpaq sahəsinin 3 388 hektarında su təminatının yaxşılaşdırılması, 6 612 hektarında isə yeni suvarmanın həyata keçirilməsi nəzərdə tutulur”.

A.Quliyev qeyd edib ki, Su anbarının ümumi həcmi 17,5 milyon kubmetr təşkil edir. Bəndin hündürlüyü 45,0 metr, uzunluğu 449,5 metr, eni isə 10,0 metrdir.

“Yengicə su anbarının tikintisinə 2024-cü ildə başlanılıb və hazırda layihə üzrə tikinti işləri davam etdirilir”, - deyə Akif Quliyev vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR