• Bakı 15° C

    1.79 m/s

Gündə neçə saç telinin tökülməsi normaldır? - AÇIQLANDI 

CƏMİYYƏT

27 Oktyabr 2026 | 13:48 | Müəllif: Günəş Mərd

Gündə neçə saç telinin tökülməsi normaldır? - AÇIQLANDI

Gündəlik saç tökülməsinin miqdarı saçın qalınlığından və sıxlığından asılı olaraq dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, trixoloq Anna Alvarezin sözlərinə görə, gün ərzində orta hesabla 80–120 saç telinin tökülməsi normal hesab olunur.

Mütəxəssis bildirib ki, saç tökülməsinin miqdarı insandan insana fərqlənir. Bəzi insanların saçları nazik və seyrək, digərlərininki isə qalın və sıx olur. Bu səbəbdən tökülən saçların sayı da fərqli ola bilər.

Alvarez qeyd edib ki, gün ərzində tökülən saçların dəqiq sayını müəyyənləşdirmək çətindir. Saç telləri işdə, səyahət zamanı və ya daranarkən tökülə bilər və insan bunu fərq etməyə bilər. Tökülən saçların əksəriyyəti isə saç yuyularkən nəzərə çarpır.

SM-Cosmetology klinikasının trixoloqu Yeseniya Qudova isə daha əvvəl payızda saç tökülməsinin yalnız mövsümi dəyişikliklərlə əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, yay aylarında keçirilən xəstəliklər, güclü stress və sürətli çəki itkisi də saçların sağlamlığına mənfi təsir göstərə bilər.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR