Yeni güc mərkəzinə çevrilən Afrika kosmos imkanları olmadan mövcud ola bilməz.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un rəhbəri Dmitri Bakanov bildirib.
O qeyd edib ki, Rusiya Misir və Tanzaniya başda olmaqla Afrika ölkələri ilə kosmik sahədə fəal əməkdaşlıq edir. Tanzaniya hazırda öz kosmik agentliyini qurur və Rusiya ilə saziş imzalayır. Bu əməkdaşlıq çərçivəsində afrikalı tərəfdaşlar peyklərin orbitə buraxılması və kosmik şəkillərin əldə olunmasında maraqlıdır, bu isə Rusiya sənayesi üçün yeni sifarişlər deməkdir.
Zeynəb Rzayeva
















