• Bakı 15° C

    2.38 m/s

Belqradda İsrail səfirliyi önündə TERROR CƏHDİ

DÜNYA

28 Oktyabr 2026 | 11:21 | Müəllif: Əli Hüseynov

Belqradda İsrail səfirliyi önündə TERROR CƏHDİ

Serbiya paytaxtı Belqradda İsrail səfirliyinin binasını mühafizə edən polis əməkdaşına qarşı terror hücumu cəhdi edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya Baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç rəsmi məlumat yayıb.

Məlumata görə, bıçaqla silahlanmış şəxs "Əllahu Əkbər" nidası qışqıraraq diplomatik missiyanın mühafizəsini həyata keçirən jandarm əməkdaşına hücum edib. İnsident zamanı polis əməkdaşı yüngül xəsarət alsa da, dərhal cavab atəşi açaraq hücum edəni zərərsizləşdirib.

Serbiya hüquq-mühafizə organları baş verən hadisəni rəsmən terror aktı kimi qiymətləndirib. DİN rəhbərinin sözlərinə görə, hücumçunun "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının tərəfdarı olduğu müəyyən edilib. Faktla bağlı genişmiqyaslı araşdırmalara başlanılıb, hücum edənin şəxsiyyəti və mümkün əlaqələri dəqiqləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026