• Bakı 14° C

    1.79 m/s

Havanın kəskin dəyişməsi kimlər üçün təhlükəlidir? - Terapevt AÇIQLADI 

CƏMİYYƏT

28 Oktyabr 2026 | 10:57 | Müəllif: Zeynəb Rzayeva

Havanın kəskin dəyişməsi kimlər üçün təhlükəlidir? - Terapevt AÇIQLADI

"Havanın temperaturunun qısa müddətdə kəskin dəyişməsi ürək-damar və tənəffüs sistemi ilə bağlı problemləri ağırlaşdıra bilər. Bu, orqanizmin istilik balansını və qan dövranını tənzimləməsinə əlavə yük yaradır".  

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir QuliyevBakıvaxtı.az-a açıqlamasında deyib.

Terapevt Zakir Quliyev

Onun sözlərinə görə, qəfil soyuq damarların daralmasına və qan təzyiqinin yüksəlməsinə, isti hava isə damarların genişlənməsinə, maye itkisinə və təzyiqin enməsinə səbəb ola bilər:

"Bu dəyişikliklər xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün risklidir. Soyuq hava astma və xroniki ağciyər xəstəlikləri olan şəxslərdə öskürək, xırıltı və nəfəs darlığını artıra bilər. Qəfil istiləşmə isə susuzlaşma, halsızlıq, ağır hallarda isə istilik vurması ilə nəticələnə bilər".

O, yaşlıların, körpələrin, hamilələrin və xroniki xəstəlikləri olan şəxslərin temperatur dəyişikliklərinə qarşı daha həssas olduğunu diqqətə çatdırıb:

"Hər temperatur dəyişikliyi mütləq xəstəlik yaratmır. Risk temperatur fərqinin dərəcəsindən və həmin şəraitdə qalma müddətindən asılıdır. Qorunmaq üçün havaya uyğun geyinmək, isti havalarda kifayət qədər su içmək və ağır fiziki fəaliyyəti azaltmaq tövsiyə olunur. Sinə ağrısı, ciddi nəfəs darlığı, huşun itirilməsi və ya çaşqınlıq yaranarsa, təcili tibbi yardıma müraciət etmək lazımdır".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026