• Bakı 15° C

    1.79 m/s

Ermənistan KTMT-yə qayıtmaq ehtimalı yoxdur

DÜNYA

28 Oktyabr 2026 | 13:55 | Müəllif: Günəş Mərd

Ermənistan KTMT-yə qayıtmaq ehtimalı yoxdur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq və təşkilatla münasibətlərini dəyişmək ehtimalını görmədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Ermənistan artıq uzun müddətdir KTMT çərçivəsində fəaliyyətini dayandırıb və təşkilata qayıtmaq üçün heç bir imkan görmür.

“Təşkilata qayıtmaq və münasibətimizi dəyişdirmək üçün heç bir ehtimal görmürük”, – deyə Mirzoyan vurğulayıb.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026