• Bakı 14° C

    1.79 m/s

Gələn il bütün köhnə avtobuslar yenilənəcək

CƏMİYYƏT

28 Oktyabr 2026 | 11:41 | Müəllif: Əli Hüseynov

Gələn il bütün köhnə avtobuslar yenilənəcək

Azərbaycanda 2027-ci ildə bütün köhnə avtobuslar yeniləri ilə əvəzlənəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.

Onun sözlərinə görə, bu gün Bakı şəhərində artıq 2 600-ə yaxın avtobus hərəkətdədir: "Son 3 il müddətində avtobusların sayı 1 700-dən 2 600-ə qədər, yəni 900 ədəd artırılıb. Bu artan nəqliyyat vasitələrinin hər biri ekoloji təmiz nəqliyyat vasitələridir. Söhbət CNG və elektriklə işləyən avtobuslardan gedir. Növbəti illərdə bu keçid prosesinin tamamilə başa çatdırılması hədəf kimi qoyulub. Bu ilin sonuna gözləntimiz odur ki, dövriyyədə təqribən 500-ə yaxın belə avtobus olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026