• Bakı 14° C

    1.79 m/s

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

SİYASƏT

28 Oktyabr 2026 | 12:55 | Müəllif: Əli Hüseynov

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

"Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə deyib.

    O bildirib ki, dünyanın aparıcı dini mərkəzi – Vatikan ilə qarşılıqlı əlaqələr tarixində bu il Zati-müqəddəsləri Papa 14-cü Leo ilə görüş xüsusi önəm kəsb edən hadisə oldu: “Dini mərkəzlərimiz arasında əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Vatikanla birgə Romada keçirdiyimiz İftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter alıb. Forum iştirakçılarına müjdə vermək istərdim ki, Dini Liderlərin iki Ümumdünya Sammitinə evsahibliyi etmiş Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə Dini Liderlərin Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Oktyabr 2026