• Bakı 15° C

    2.38 m/s

Kim Çen In orduya əmr verdi

DÜNYA

28 Oktyabr 2026 | 09:31 | Müəllif: Əli Hüseynov

Kim Çen In orduya əmr verdi

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun komandirləri ilə görüşdə ordu bölmələri üçün döyüş təliminin başa çatdırılmasını tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, onun sözləri Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılıb. 

"Bölük komandirlərinin əsas inqilabi vəzifəsi bölmələrinin tam döyüş hazırlığına nail olmaqdır və buna gedən yol davamlı və intensiv təlimlərdən keçir", - deyə KXDR lideri bildirib.

Kim Çen In həmçinin bildirib ki, komandirlər hər bir döyüşçünün "yüzə bərabər" olduğu "möhkəm inqilabi əqidə və vətənpərvərliklə dolu" bölmələr yaratmalıdırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026