• Bakı 15° C

    1.83 m/s

TƏBİB-in yeni rəhbəri kimdir? - Dosye

SİYASƏT

27 Oktyabr 2026 | 20:33 | Müəllif: Əli Hüseynov

TƏBİB-in yeni rəhbəri kimdir? - Dosye

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun vəzifələrinin icrası müavin Bahadur Rzayevə həvalə edilib.

Bakıvaxtı.az Bahadur Rzayevin dosyesini təqdim edir.

"Yüksəliş" müsabiqəsinin finalçısı olan Bahadur Məhərrəm oğlu Rzayev 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsil alıb və proqramı birinciliklə başa vurub. O, TƏBİB-in icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə təşkilatların idarə olunması üzrə magistr təhsili alıb. 2018-2019-cu illərdə Almaniyanın "RWTH Aachen" Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.

Peşəkar fəaliyyəti ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb. Bu müddətdə reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, səhiyyədə rəqəmsal həllərin tətbiqi, keyfiyyətin idarə olunması və strateji planlaşdırma sahələrində ixtisaslaşıb. Son təyinatından əvvəl TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR