• Bakı 13° C

    1.31 m/s

Avropa liderləri Putindən sonra Zelenskiyə zəng etdilər

DÜNYA

27 Oktyabr 2026 | 14:16 | Müəllif: Günəş Mərd

Avropa liderləri Putindən sonra Zelenskiyə zəng etdilər

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” nəşri Ukrayna liderinin müşaviri Dmitri Litvinə istinadən məlumat yayıb.

Litvinin sözlərinə görə, hazırda Zelenski Stubb və Störe ilə telefon danışığı aparır.

Qeyd edək ki, oktyabrın 27-də Putin Finlandiya Prezidenti və Norveçin Baş naziri ilə Ukraynada münaqişənin sülh yolu ilə həlli perspektivlərini müzakirə edib.

Avropa mətbuatının məlumatına görə, telefon danışığının məqsədi Putinə münaqişənin başa çatdırılmasına yönəlmiş gələcək danışıqlarla bağlı mesaj çatdırmaq olub. Söhbət Əbu-Dabidə keçirilməsi gözlənilən görüşlər fonunda baş tutub. Danışıqlardan sonra Stubb Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə birbaşa təmasların zəruri olduğunu bildirib. O, Putinlə dialoqun səmimi və mənalı keçdiyini vurğulayıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR